Onlayn ictimai-siyasi qəzet
Azərbaycanlı Gündüz Məmmədov Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hüquq-Mühafizə Xidmətinin rəis müavini təyin olunub.
Musavat.com xəbər verir ki, Ukrayna mediasının yaydığı məlumata görə, bununla bağlı müvafiq əmri Ukraynanın müdafiə naziri Mixail Fyodorov imzalayıb.
Əslən Gəncədən olan Gündüz Məmmədov daha əvvəl Ukrayna Prokurorluğunda çalışıb.
O, Odessa prokuroru, daha sonra Odessa vilayət prokurorunun müavini və Krım Muxtar Respublikasının prokuroru vəzifələrini icra edib. G.Məmmədov 2019-2022-ci illərdə isə Ukraynanın Baş prokurorunun müavini postunu tutub.
Qeyd edək ki, Ukraynada ixtisaslaşdırılmış "müharibə departamenti" məhz onun təşəbbüsü ilə yaradılıb.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ