Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Esmira Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bəs Esmira Cəfərovanın təyinatı ilə Azərbaycanın xanım səfirlərinin sayı neçə oldu və xanım səfirlər kimlərdir, hansı ölkələrdə Azərbaycanı təmsil edirlər?
Musavat.com xəbər verir ki, sözügedən təyinatla Azərbaycanın diplomatik nümayəndəliklərinə rəhbərlik edən qadın səfirlərin sayı 3-ə yüksəlib.
Hazırda Azərbaycanın qadın səfirləri bunlardır:
Esmira Cəfərova – Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri (yeni təyinat);
Nərgiz Qurbanova – Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri;
Leyla Abdullayeva – Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri;
Siyasi ekspertlər hesab edir ki, qadın diplomatların səfir vəzifələrinə təyin olunması Azərbaycanın xarici siyasətində qadınların təmsilçiliyinin genişləndirilməsi baxımından diqqət çəkən tendensiyadır. Son illərdə bir sıra mühüm Avropa ölkələrində və beynəlxalq təşkilatlar yanında Azərbaycanı məhz qadın diplomatlar təmsil edirlər.
Etibar Seyidağa,
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ