İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Tehrandakı səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub

Azərbaycanın Tehrandakı səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub.

"Report" xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə həyata keçirilib.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

Səfirliyin digər əməkdaşlarının da yaxın saatlarda təxliyəsi gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR