İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azəriqaz”ın baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Xankəndi şəhərində vətəndaş qəbulu keçirib.

Musavat.com xəbər verir ki, birlik rəhbəri Xankəndi və ətraf rayonlardan qəbula gələn vətəndaşların müraciətlərini dinləyib.

Müraciətlər əsasən işə qəbul, iş yerinin dəyişdirilməsi, sahibkarlıq obyektlərinin və fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı olub.

Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.

Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Qarabağ Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR