Onlayn ictimai-siyasi qəzet
Bakının Yeni Yasamal ərazisində, MİDA-nın yaşayış kompleksinin daxilində avtobus yolun ortasında xarab olaraq hərəkətsiz qalıb.
Musavat.com xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Bildirilib ki, nasaz avtobus yolun hərəkət hissəsini bağlayıb. Avtobusu yenidən işə salmaq üçün cəhdlər edilsə də, nəqliyyat vasitəsini hərəkətə gətirmək mümkün olmayıb.
Hadisənin hansı marşrut üzrə hərəkət edən avtobusla bağlı olduğu və nasazlığın səbəbi barədə məlumat verilməyib.
Şahanə Rəhimli
Musavat.com
10 Oktyabr 2026
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ