İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə

Oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Turan Tovuz” – “Fənərbağça” yoldaşlıq oyunu ilə əlaqədar Bakı Metropoliteninin Qırmızı xəttində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Musavat.com xəbər verir ki, matçla əlaqədar “Gənclik” stansiyasında əlavə işçi qüvvəsi ayrılacaq, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.

Gün ərzində qatarların hərəkəti payız-qış qrafikinə uyğun təşkil ediləcək. Matç başa çatdıqdan sonra sərnişin axınının intensivliyindən asılı olaraq qatarların hərəkəti əlavə tənzimlənəcək.

Bundan başqa, “28 May” və “Nərimanov” stansiyalarında da sərnişin axınına nəzarət gücləndiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR