Onlayn ictimai-siyasi qəzet
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı Elcan Hüseynov saxlanılıb.
Ondan 5 kiloqram narkotik vasitə və psixotrop tərkibli həblər aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma davam etdirilir.
15 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ