Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri üçün Bakıda gıyabi cənazə namazı qılınıb.
Paytaxt məscidlərində toplaşan din xadimləri və vətəndaşlar şəhidlərin ruhuna Qurani-Kərim oxuyub, dualar ediblər. Mərasim zamanı qəzada həlak olan hərbçilərin ailələrinə və Türkiyə dövlətinə başsağlığı mesajları səsləndirilib.
Din xadimləri bildiriblər ki, Azərbaycan xalqı qardaş Türkiyənin kədərini öz kədəri kimi yaşayır və şəhidlərin xatirəsi daim ehtiramla anılacaq.
Allah rəhmət eləsin.
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ