İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı məşhur ticarət mərkəzində faciəli şəkildə ölən şəxs usta imiş

Bakıda ticarət mərkəzində liftin qırılması nəticəsində ölən şəxsin kimliyi məlum olub.

Hadisə dünən paytaxtın Nizami rayonu ərazisində fəaliyyət göstərən "Laçın" ticarət mərkəzinin şaxtasında baş verib. 1962-ci il təvəllüdlü Namiq Məmmədov liftin şaxtasına düşərək ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, orada ölüb.

Məlumata görə, N.Məmmədov Bakı Lift İdarəsinin mexaniki olub və həmin vaxt o, ticarət mərkəzinin liftini təmir edirmiş. Hadisə zamanı liftdə nasazlıq yaranıb və N.Məmmədov şaxtaya düşüb.

Faktla bağlı araşdırma aparılır./Oxu.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR