İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan gələn açıqlama İrəvanda susqunluq yaratdı – Müstəqillik Bəyannaməsi mətndən çıxarılır?

Ermənistanın ədliyyə naziri Srbui Qalyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistanda yeni Konstitusiyanın qəbulu prosesinin artıq getdiyinə dair açıqlamasını şərh etməyib.

Musavat.com xəbər verir ki, Qalyan jurnalistlərə yeni Konstitusiya layihəsinin hazırda hazırlanma mərhələsində olduğunu və bu prosesin gizli aparılmadığını bildirib.

Nazir layihənin nə vaxt ictimaiyyətə təqdim ediləcəyini açıqlamayıb. Halbuki daha əvvəl yeni Konstitusiyanın mətninin mart ayında hazır olacağı bildirilmişdi.

“Onun nə vaxt dərc olunmasının nə fərqi var? Nə vaxt dərc olunursa-olunsun, geniş ictimai müzakirəyə çıxarılacaq və çox uzun, ətraflı şəkildə müzakirə ediləcək. Sizin bütün suallarınızdan həmişə belə təəssürat yaranır ki, sanki hansısa sui-qəsd var. Xeyr, əzizlərim, bu mətn dərc edilmədən qəbul oluna bilməz. Üstəlik, əvvəlcədən dərc edilmədən Konstitusiyaya heç bir dəyişiklik edilə bilməz”, – Qalyan deyib.

Jurnalistlər nazirdən hakim “Vətəndaş Müqaviləsi” Partiyasının Konstitusiyaya dəyişiklik etmək üçün tələb olunan üçdəiki səs çoxluğuna malik olmadığı halda prosesin necə həyata keçiriləcəyini də soruşublar.

Qalyan bildirib ki, hökumətin missiyası Konstitusiya mətnini hazırlamaq və onu ictimaiyyətin müzakirəsinə təqdim etməkdir.

Ədliyyə naziri yeni Konstitusiyanın preambulasından Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın çıxarılıb-çıxarılmayacağı barədə suala da konkret cavab verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR