Onlayn ictimai-siyasi qəzet
23–25 sentyabr tarixlərində Rusiyanın FSB-yə məxsus “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi Bakıya səfər edəcək.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı məlumat verib.
Onun sözlərinə görə, səfər proqramı çərçivəsində Rusiya və Azərbaycan sərhəd xidmətləri arasında bir sıra görüşlər keçiriləcək. Əsas müzakirə mövzusu Xəzər dənizinin akvatoriyasında ikitərəfli əməkdaşlıq məsələləri olacaq.
Gəminin səfəri Bakı ilə Moskva arasında təhlükəsizlik və sərhəd əməkdaşlığının dərinləşdirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilir.
Musavat.com
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ