Onlayn ictimai-siyasi qəzet
Ermənistanda parlament seçkilərinin ilkin nəticələri artıq beynəlxalq reaksiyalar doğurmağa başlayıb.
Musavat.com xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobakhidze Ermənistanın Baş naziri Nikol Paşinyan ilə əlaqə saxlayaraq onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasını seçkilərdə əldə etdiyi uğur münasibətilə təbrik edib.
Kobaxidze təbrikində Ermənistan xalqının seçiminə hörmətlə yanaşdığını bildirib və iki ölkə arasında strateji tərəfdaşlığın gələcəkdə də inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb. Təbrik mesajı rəsmi yekun nəticələr açıqlanmadan verilib.
Xatırladaq ki, Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri və exit-poll məlumatları Nikol Paşinyanın rəhbərlik etdiyi partiyanın rəqiblərini xeyli qabaqladığını göstərir. Seçkilər Ermənistanın gələcək xarici siyasət kursu, o cümlədən Avropa İttifaqı ilə inteqrasiya və Azərbaycanla sülh gündəliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Musavat.com
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ