İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirin atdığı topu tutmaq istəyən tanınmış jurnalist özünü yerə yıxdı

Meksikada keçirilən mətbuat konfransı zamanı maraqlı anlar yaşanıb. 2026-cı il Dünya Kuboku ilə bağlı açıqlama verən Meksika Baş naziri Klaudia Şeynbaum tədbirin sonunda jurnalistlərə futbol topu atıb.

Musavat.com xəbər verir ki, topu tutmağa çalışan tanınmış qadın jurnalistlərdən biri tarazlığını itirərək yerə yıxılıb. Hadisə konfrans iştirakçıları arasında qısa müddətli təşviş yaratsa da, jurnalistin ciddi xəsarət almadığı məlum olub.

Yıxılan jurnalistin köməyinə ilk çatanlardan biri isə elə Klaudia Şeynbaum olub. O, jurnalisti ayağa qaldıraraq vəziyyətinin yaxşı olduğuna əmin olub.

Daha sonra Şeynbaum jurnalistin tutmağa çalışdığı futbol topunu ona hədiyyə edib. Bu jest tədbir iştirakçıları tərəfindən alqışla qarşılanıb.

Hadisənin görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub. İstifadəçilər hadisəyə həm yumorla, həm də müsbət rəylərlə yanaşıblar.

Meksikanın ev sahibliyi edəcəyi Dünya Kuboku ilə bağlı keçirilən adi bir mərasim belə gözlənilməz anlarla yadda qalıb.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR