Onlayn ictimai-siyasi qəzet
Rusiyanın İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Tver vilayətində baş vermiş yol qəzasının araşdırılması ilə bağlı əlavə məruzə tələb edib.
Musavat.com hadisə oktyabrın 23-də Tver şəhərində Osnabrük küçəsində qeydə alınıb.
Məlumata görə, yüksək sürətlə hərəkət edən Opel OPS markalı avtomobil avtobus dayanacağına çırpılıb. Nəticədə dayanacaqda olan 40 yaşlı polis mayoru, Rusiya DİN-in Kiberbeynəlxalq cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşı Olqa Osipova hadisə yerində həlak olub. Onun səkkiz yaşlı oğlu yaralanaraq xəstəxanaya yerləşdirilib. Daha iki qadının vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 264-cü maddəsi üzrə cinayət işi açılıb. İstintaq sürücünün yol hərəkəti qaydalarını pozması nəticəsində ağır nəticələrin baş verdiyini bildirir.
Məhkəmənin sürücünü həbsə göndərməyərək ona yalnız şəhər daxilində hərəkət və ünsiyyət məhdudiyyəti tətbiq etməsi şəhər ictimaiyyətində narahatlıq yaradıb. Prosesdə Azərbaycan diasporunun nümayəndələri də iştirak ediblər.
İctimai rezonansdan sonra Rusiya İstintaq Komitəsi işi xüsusi nəzarətə götürüb və hadisənin bütün halları üzrə araşdırmaların intensivləşdirilməsi tapşırılıb.
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ