Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Belqorod şəhəri yenidən atəşə məruz qalıb.
Musavat.com xəbər verir ki, ilkin məlumata görə, hücum zamanı HIMARS tipli raketlərdən istifadə edildiyi iddia olunur.
Bildirilib ki, daha əvvəl regionda raket təhlükəsi elan edilib. Şahidlərin sözlərinə görə, gecə saat 00:00 radələrində şəhər üzərində ard-arda 10-dan çox partlayış səsi eşidilib, səmada parlaq işıq saçan partlayışlar müşahidə olunub. İlkin ehtimala əsasən, zərbənin hədəfi elektrik yarımstansiyalarından biri olub.
Hücumdan sonra şəhərin bir sıra yaşayış məhəllələrində elektrik enerjisi kəsilib. Enerji infrastrukturuna ciddi ziyan dəydiyi, həmçinin su və istilik təchizatında fasilələrin yarandığı bildirilir.
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ