Onlayn ictimai-siyasi qəzet
İsrail ilə Türkiyə arasında münasibətlərin son dövrlərdə kəskinləşməsi iki ölkə arasında mümkün hərbi qarşıdurma ssenarisini də gündəmə gətirib. İsrail mediasında belə bir münaqişənin baş verəcəyi təqdirdə onun mümkün nəticələri, eləcə də Türkiyənin NATO üzvü olması səbəbindən Alyansın prosesə müdaxilə edib-etməyəcəyi araşdırılır.
Məlumdur ki, Azərbaycan həm Türkiyə ilə müttəfiqlik münasibətlərinə, həm də İsraillə genişlənən siyasi, iqtisadi və enerji əlaqələrinə malikdir. Bu səbəbdən iki ölkə arasında mümkün hərbi qarşıdurma Azərbaycanın da qarşısında mürəkkəb seçimlər yarada bilər. Bəs belə bir vəziyyətdə Azərbaycan hansı mövqeni tutmalıdır?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Musavat.com
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ