Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Birləşmiş Ştatlar İrana qarşı genişmiqyaslı iqtisadi təzyiq kampaniyası çərçivəsində yeni sanksiyalar paketini açıqlayıb.
ABŞ-ın Maliyyə naziri Skott Bessent (Scott Bessent) bildirib ki, Tehran rejiminin çirkli pulların yuyulması fəaliyyətinə və sanksiyalardan yan keçməsinə şərait yaradan istənilən qurum və ya fiziki şəxs ABŞ dolları sistemindən tam kənarlaşdırılacaq.
"İqtisadi kənarlaşdırma" (Operation Economic Outcast) adlandırılan yeni əməliyyat qızıl, aviasiya, gəmiçilik, texnologiya və rəqəmsal aktivlər kimi kritik sektorları hədəf alır. Bessent vurğulayıb ki, İranı maliyyələşdirən bütün kanallar kəsilənədək Vaşinqton təzyiqləri artırmaqda davam edəcək.
Musavat.com
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ