İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan kartlarını açdı – katolikosla savaşın arxasından Qarabağ çıxdı

 

Ermənistanda hakimiyyətlə Apostol Kilsəsi arasında aylardır davam edən qarşıdurmanın arxasında Qarabağ məsələsinin dayandığı iddia olunur.

Musavat.com xəbər verir ki, bu barədə parlamentdəki müxalif “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın parlamentdə səsləndirdiyi son fikirlər hakimiyyətin bütün ermənilərin katolikosu II Qareginlə mübarizəsinin əsl səbəbini üzə çıxarıb.

“Paşinyan nəhayət açıq şəkildə katolikosdan nə istədiyini dedi. Problem Qarabağın adının çəkilməsi, Qarabağın xatırlanmasıdır. Məsələ onların indiyədək söylədikləri deyil”, – deyə Karapetyan bildirib.

Müxalif siyasətçinin fikrincə, hakimiyyətin bundan əvvəl kilsə və katolikosla bağlı irəli sürdüyü digər arqumentlər ikinci dərəcəlidir. Karapetyan hesab edir ki, Paşinyanın çıxışı zamanı kartlar açılıb və qarşıdurmanın əsas səbəbinin kilsənin Qarabağ mövzusunu gündəmdə saxlaması olduğu aydınlaşıb.

Paşinyan isə avqustun 24-də parlamentdə hökumətin 2026–2031-ci illər üçün proqramını təqdim edərkən Ermənistan Apostol Kilsəsini yenidən sərt tənqid edib. Baş nazir kilsədə dərin sistemli böhran olduğunu bildirib və II Qareginə qarşı ittihamlarını təkrarlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR