Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Benyamin Netanyahunun kortejinin Təl-Əvivdə hərəkəti zamanı qeyri-adi görüntülər qeydə alınıb.
Musavat.com xəbər verir ki, baş nazirin təhlükəsizliyinə cəlb edilmiş əməkdaş avtomobildən uzunlüləli silah çıxararaq onu müəyyən istiqamətə tuşlayıb.
Hadisə ötən çərşənbə günü Netanyahunun kortejinin adi səfərlərindən biri zamanı baş verib.
Yayılan görüntülərdə təhlükəsizlik əməkdaşının avtomobildə olarkən silahını çıxardığı və onu mümkün hədəf istiqamətinə yönəltdiyi görünür. Kadrlar sosial şəbəkələrdə diqqət çəkib və kortejin hərəkəti zamanı təhlükə olub-olmaması ilə bağlı suallar yaradıb.
İsrailin təhlükəsizlik xidməti məsələ ilə bağlı açıqlama verərək əməkdaşın bütün hərəkətlərinin müəyyən edilmiş qaydalara uyğun olduğunu bildirib.
Qurumun açıqlamasında qeyd olunub ki, təhlükəsizlik əməkdaşının atdığı bütün addımlar tələblərə və ona qanunla verilmiş səlahiyyətlərə uyğun həyata keçirilib. Həmçinin baş verənlər zamanı vətəndaşlar üçün hər hansı təhlükənin yaranmadığı vurğulanıb.
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ