İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Maliyyə naziri: "İran neftini pula çevirənlərin heç biri sanksiyadan yayına bilməyəcək"

Musavat.com xəbər verir ki, ABŞ-ın Maliyyə naziri Skott Bessent (Scott Bessent) İrana məxsus neftin satışına və maliyyə dövriyyəsinə yardım edən bütün fiziki və hüquqi şəxsləri sanksiyalarla təhdid edib.

Maliyyə naziri Vaşinqtonun qəti mövqeyini bu sözlərlə ifadə edib:

“Bu gün aydın şəkildə bildirmək istəyirik: heç kim ABŞ sanksiyalarının çatacağı ərazidən kənarda deyil. Əgər kimsə əməliyyatların həyata keçirilməsinə şərait yaradırsa və İran neftini pula, o pulu isə repressiyalara çevirən sistemin bir hissəsidirsə, həmin şəxslərə və ya təşkilatlara qarşı sanksiyalar tətbiq olunacaq”.

Bessent həmçinin dünya liderlərinə müraciət edərək tərəf seçməli olduqlarını vurğulayıb:

“Dünya liderləri üçün seçim etmək vaxtı çatdı: onlar kimin tərəfindədir — Amerikanın, yoxsa İranın? ABŞ-ı dəstəkləyənlər bizim tərəfdaşlığımızdan faydalanacaqlar”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR