Onlayn ictimai-siyasi qəzet
Gürcüstanda məktəbli formasının tətbiqi mərhələli şəkildə genişləndiriləcək və hər il daha bir sinif bu sistemə qoşulacaq.
Musavat.com xəbər verir ki, bunu Gürcüstanın təhsil naziri Givi Mikanadze açıqlayıb.
“Biz məktəbə formanı geri qaytarmırıq, forma geyinmək mədəniyyətini tətbiq edirik. Bu il forma geyinəcək altıncı sinif şagirdləri məktəbi də forma ilə bitirəcəklər. Çünki hər il sistemə daha bir sinif əlavə olunacaq”, – nazir bildirib.
Valideynlər övladlarına məktəbli forması geyindirməkdən imtina edərlərsə, əvvəlcə məktəb rəhbərliyi onlarla bir neçə dəfə söhbət aparacaq. Qaydalara əməl edilməməsi davam edərsə, hansı intizam tədbirlərinin görüləcəyini məktəb özü müəyyənləşdirəcək.
Gürcüstanda məktəbli formalarının satış qiymətləri də müəyyən edilib. Pencəyin qiyməti 45 lari (29,33 manat), şalvarın 25 lari (16,30 manat), ətəyin isə 25 lari (16,30 manat) təşkil edir. Tam məktəbli forma dəstinin qiyməti 95 lari (61,92 manat) dır.
Mikanadze həmçinin növbəti tədris ilinə əvvəlcədən hazırlaşmaq məqsədilə Gürcüstan sahibkarları ilə görüşməyi planlaşdırdığını deyib.
Nazirin sözlərinə görə, məktəbli formalarının alınması üçün Gürcüstanda 100 milyon laridən yüksək qiymət təklif olunub. Çin şirkəti ilə isə formaların alınmasına dair müqavilə 45 milyon lari məbləğində bağlanıb.
Musavat.com
03 Sentyabr 2026
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ