İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildən şok Qəzza PLANI: Görün nəyə HAZIRLAŞIRLAR

İsrailin müdafiə naziri İsrael Katz hökumətin Qəzza zolağındakı fələstinlilərin məcburi köçürülməsi ilə bağlı plan hazırladığını və onların hara aparıla biləcəyi ilə bağlı ABŞ-nin qərarını gözlədiyini bəyan edib.

Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, İsrail fələstinliləri "dəniz yolu ilə, hava yolu ilə, mümkün olan hər cür üsulla" çıxarmağa hazırdır və bu planın ləğv edilmədiyini, müzakirələrin davam etdiyini vurğulayıb.

Digər tərəfdən, beynəlxalq hüquqa əsasən, mülki əhalinin işğal olunmuş ərazidən məcburi şəkildə köçürülməsi Cenevrə konvensiyaları ilə qadağan olunub və hərbi cinayət hesab edilir.

Musavat.com

Attachment

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR