İnsanlara hürriyət, millətlərə istiqlal!

İşığa, qaza, suya artıq pul ödəyiblər - qonşu ölkədə hökumət əhaliyə pulları qaytardı

Qonşu ölkədə kommunal xidmətlər üzrə vətəndaşlardan artıq alınmış yüz minlərlə lari geri qaytarılıb.

Musavat.com xəbər verir ki, Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyasının məlumatına görə, ilin əvvəlindən daxil olan yazılı müraciətlərin araşdırılması nəticəsində istehlakçılara ümumilikdə 457 min lari (təxminən 175 min dollar) kompensasiya edilib.

Araşdırmalar zamanı elektrik enerjisi, təbii qaz və su təchizatı şirkətləri tərəfindən bəzi istehlakçılara düzgün olmayan və artıq məbləğlərin əks olunduğu hesabların təqdim edildiyi müəyyənləşdirilib.

Nəticədə artıq hesablanmış və ödənilmiş vəsaitlər istehlakçılara geri qaytarılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR