İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərdan minlərlə tamaşaçını coşdurdu

Müğənni Mərdan Kazımov Bakıda keçirilən məşhur musiqi festivalı çərçivəsində səhnə alıb.

Musavat.com xəbər verir ki, yay boyu davam edən musiqi festivalı ötən gün başa çatıb. Festivalın son günündə səhnəyə ilk çıxan Mərdan Kazımov minlərlə tamaşaçıya unudulmaz və coşqulu anlar yaşadıb.

Sənətçinin ifası zamanı tamaşaçılar da ona qoşularaq Mərdan Kazımovun repertuarında yer alan mahnıları bir ağızdan səsləndiriblər. Səhnə qarşısında yaranan izdiham və yüksək əhval-ruhiyyə festivalın finalına xüsusi rəng qatıb.

Mərdan Kazımovun çıxışı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Könül
Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR