İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sahilə çıxdı matros” - 250 gün dənizdə qalan 5 min hərbçi quruya çıxan kimi... - AĞLASIĞMAZ QADAĞA

ABŞ-nin “USS Abraham Lincoln” aviadaşıyıcısında xidmət edən təxminən 5 min hərbçi 250 gün dənizdə qaldıqdan sonra Tailandın məşhur kurort şəhəri Pattayada quruya çıxıb.

Musavat.com xəbər verir ki, aviadaşıyıcı nəhayət Tailandda limana yan alıb və aylarla evdən uzaqda, o cümlədən Yaxın Şərqdə döyüş əməliyyatları zonasında qalan minlərlə hərbçi sahilə buraxılıb.

BBC-nin yazdığına görə, hərbçilərin ilk ünvanı gözlənildiyi kimi barlar deyil, alış-veriş məkanları olub. Minlərlə amerikalı hərbçi Pattayada ilk növbədə şopinqə üz tutub.

Aviadaşıyıcının heyətinə seks xidmətləri göstərilən məkanlara getmək qadağan edilib. Onlara xatırladılıb ki, Tailandda fahişəlik rəsmən qanunsuzdur.

ABŞ mediası gəmidə ötən aylar ərzində yaşanan çətinliklər barədə də məlumat yayıb. Bildirilir ki, uzunmüddətli missiya heyət üzərində ciddi psixoloji gərginlik yaradıb, təchizatda fasilələr və tualetlərdə nasazlıqlar yaşanıb. Həmçinin ehtimal edilən intihara cəhdlərlə bağlı məlumatlar yayılıb.

250 günlük uzun missiyadan və Tailanddakı dayanacaqdan sonra “USS Abraham Lincoln” artıq evə doğru istiqamət götürür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR