Onlayn ictimai-siyasi qəzet
Qonşu Gürcüstanda yol hərəkəti qaydalarının pozulmasına görə yazılan cərimələrin sayı kəskin artıb.
Musavat.com xəbər verir ki, 2026-cı ilin ilk yarısında ölkənin Daxili İşlər Nazirliyi sürücülərə 2,7 milyon cərimə yazıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,3 faiz çoxdur.
Ən çox qeydə alınan qayda pozuntusu sürət həddinin aşılması olub. Buna görə 955 min cərimə yazılıb və cərimənin məbləği 100 lari (təxminən 37 dollar) təşkil edir.
Parklanma qaydalarının pozulmasına görə 588 min sürücü 50 lari (19 dollar), yol hərəkətinə maneə yaradılmasına görə 335 min sürücü 20 lari (7 dollar) cərimələnib.
Qırmızı işıqdan keçmə və yol nişanlarının tələblərinə əməl etməməyə görə 106 min, texniki baxışın olmamasına görə isə 104 min cərimə yazılıb. Hər iki halda cərimənin məbləği 50 lari (19 dollar) təşkil edir.
Bundan əlavə, ilin ilk yarısında 1,75 milyon videocərimə rəsmiləşdirilib. Onların ümumi məbləği 130 milyon lari (49,8 milyon dollar) olub. Videocərimələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 67,7 faiz artıb.
Musavat.com
04 Sentyabr 2026
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ