İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan erməni biznesmeni hədələdi - "Reaksiyam çox ağır olacaq"

Ermənistanın baş naziri Nikol Paşinyan biznesmen Narek Nalbandyanın onun ailəsi ilə əlaqələrinin olması barədə yayılan məlumatlara sərt reaksiya verib. Baş nazir məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına araşdırma aparılması üçün göstəriş verdiyini açıqlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Paşinyan sentyabrın 3-də hökumət brifinqində ailəsinin iri biznesdə gizli maraqlarının olması barədə iddiaları qəti şəkildə rədd edib.

Müzakirələr biznesmen Narek Nalbandyanın hakimiyyət tərəfindən himayə edilməsi və sement biznesi ilə bağlı yayılan məlumatlar fonunda yaranıb. Paşinyan ailəsinin Ermənistanda və ya ölkə xaricində heç bir biznesdə gizli payının olmadığını bildirib.

Baş nazir xüsusilə iş adamlarının onun və ailəsinin adından istifadə etməsi ehtimalına sərt xəbərdarlıq edib.

“Mənim ‘sevimli’ oliqarxlarım yoxdur. Əgər hər hansı biznesmenin, o cümlədən Narek Nalbandyanın ailəmizlə əlaqəsi olduğu görüntüsünü yaratmağa çalışdığına dair sübut əldə etsək, sizi əmin edirəm ki, reaksiyamız çox sərt, hətta sərtdən də artıq və asimmetrik olacaq”, – Paşinyan deyib.

O, Nalbandyanla bağlı səslənən iddiaların araşdırılması üçün artıq hüquq-mühafizə orqanlarına müvafiq göstəriş verdiyini bildirib.

Paşinyan bununla yanaşı, ailəsinin adından istifadə edərək biznesdə üstünlük qazanmağa çalışan şəxslərə güzəşt edilməyəcəyini vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR