İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Əliyevlə nələri danışdığını açıqladı - Bir məsələni gündəlikdən kənarda saxlayıblar

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsini müzakirə etmədiyini bildirib.

Musavat.com xəbər verir ki, Paşinyan bunu brifinq zamanı açıqlayıb.

“Gündəliyin bütün məsələlərini müzakirə etdik, lakin Konstitusiya bu gündəliyə daxil deyil. Əksinə, biz deyirik ki, Konstitusiya ilə bağlı məsələləri xarici tərəfdaşlarla və digər ölkələrlə müzakirə etmirik. Bizim istəyimiz və mesajımız ondan ibarətdir ki, digər ölkələr müxalifətin bəyanatlarını götürüb istifadə etməsinlər, çünki bu, tərəfdaşlıq məntiqindən irəli gəlmir. Bu, müstəsna olaraq daxili məsələdir”, – deyə Ermənistanın baş naziri bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR