Onlayn ictimai-siyasi qəzet
Belarusiyada Ermənistan istehsalı olan səkkizillik “İrəvan 2800” konyakı təhlükəli məhsul hesab edilərək qadağan olunub.
Musavat.com xəbər verir ki, bu barədə Belarusiyanın Dövlət Standartlaşdırma Komitəsi məlumat yayıb. Bildirilib ki, “İrəvan 2800” konyakında aşılayıcı maddələrin miqdarı müəyyən edilmiş tələblərdən aşağı olub.
Bu səbəbdən məhsul təhlükəli hesab edilib və Belarusiyada satışına qadağa qoyulub.
Qeyd edək ki, bundan əvvəl Rusiyada da məcburi tələblərə uyğun gəlmədiyi üçün Ermənistan istehsalı olan bir neçə növ şərab və konyakın satışına qadağa qoyulmuşdu.
Musavat.com
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ