İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryan dörd divar arasında tək - "Qarabağ qəhrəmanı" ayrıca kamerada

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan həbsxanada kamerada tək saxlanılır.

Musavat.com xəbər verir ki, oğlu Levon Köçəryan avqustun 31-də, atasının doğum günündə onu ziyarət edib.

Levon Köçəryan jurnalistlərə atasının səhhətinin ümumilikdə normal olduğunu bildirib. Bununla belə, o qeyd edib ki, Robert Köçəryan ürəyinə stent qoyulduğuna görə bir ay ərzində həkimlərin nəzarəti altında olmalı idi, lakin indi bu rejim pozulub.

Robert Köçəryanla yalnız yaxın qohumlarının görüşməsinə icazə verilir.

Həbsdə olan böyük oğlu Sedrak Köçəryanı isə yalnız həyat yoldaşı və uşaqları ziyarət edə bilərlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR