Onlayn ictimai-siyasi qəzet
İsrail İran tərəfindən hücum olacağı təqdirdə, özünü məhdudlaşdırmayacaq və İslam Respublikasının bütün infrastrukturuna, o cümlədən enerji obyektlərinə zərbələr endirəcək.
"Ynet" xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats nazirliyin əməkdaşları ilə qarşıdan gələn yəhudilərin Yeni ili bayramı münasibətilə keçirilən görüşdə bildirib.
"Biz İranın məruz qaldığı güclü iqtisadi təzyiqin, həmçinin üsyan və rejimin süqutu qorxusunun onları çarəsiz addımlara sövq edə biləcəyinin əlamətlərini görürük", - Kats bildirib.
Onun sözlərinə görə, İran İsrailə zərbə endirəcəyi təqdirdə, Təl-Əviv cavab verəcək.
"İranın İsrailə hücumu bizi hər cür məhdudiyyətdən azad edərdi, biz bütün infrastruktura, o cümlədən enerji infrastrukturuna zərbə endirər və İranı daş dövrünə və qaranlığa qaytarardıq", - nazir hədələyib.//Report
04 Sentyabr 2026
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ