İnsanlara hürriyət, millətlərə istiqlal!

CENTCOM: ABŞ İranda toy mərasiminə zərbə endirilməsini ARAŞDIRIR

ABŞ Silahlı Qüvvələri sentyabrın 1-də İrana endirilən zərbələr zamanı toy mərasiminin hədəfə alınması və nəticədə 4 nəfərin öldüyü barədə məlumatları araşdırır.

Musavat.com-un xəbərinə görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Hokins bildirib ki, İran dövlət mediasında yayılan məlumatlardan xəbərdardırlar və hadisəni yoxlayırlar.

“Biz İran dövlət mediasında yayılan bu məlumatlardan xəbərdarıq və onları yoxlayırıq. SEPAH-dan fərqli olaraq, ABŞ hərbçiləri heç vaxt mülki şəxsləri hədəf almır”, - deyə CENTCOM nümayəndəsi bildirib.

Onun sözlərinə görə, sentyabrın 1-də həyata keçirilən zərbələr zamanı ABŞ qüvvələrinin hədəfləri arasında hava hücumundan müdafiə obyektləri, radiolokasiya sistemləri və dəniz vasitələri olub.

Bundan əvvəl İran mediası ölkənin cənubundakı Hörmüzqan əyalətində toy mərasiminə üç raketlə zərbə endirildiyini xəbər verib. Məlumata görə, hadisə nəticəsində azı 4 nəfər həlak olub, onlarla insan yaralanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR