İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış müğənniyə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və “Şeron” qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib.

Musavat.com xəbər verir ki, Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anası Zəkiyyə Cəfərova sentyabrın 2-də axşam saatlarında vəfat edib.

Mərhum Zəkiyyə Cəfərova 45 il ərzində Bakı şəhərində yerləşən 1 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllim kimi fəaliyyət göstərib. O, uzun illər ərzində kimsəsiz və valideyn himayəsindən məhrum uşaqların qayğısına qalıb, onların sevimli tərbiyəçisi və müəllimi olub.

Zəkiyyə Cəfərovanın dəfni sentyabrın 3-də Salyan şəhərində keçiriləcək.

Allah rəhmət eləsin

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR