İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın iki adaxlısı var - Kreml Paşinyana “ya o, ya da mən” şərti qoyur

Bişkekdə Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş iki ölkə arasındakı münasibətlərdə yaranmış böhranı aradan qaldırmayıb.

Musavat.com xəbər verir ki, erməni politoloq Suren Surenyants mövcud vəziyyəti şərh edərkən Rusiya-Ermənistan münasibətlərindəki böhranın davam etdiyini və onun idarəolunan olduğuna dair əlamətlərin görünmədiyini bildirib.

Ekspertin fikrincə, əsas problem Ermənistanın eyni vaxtda iki istiqamətdən faydalanmağa çalışmasıdır. Paşinyan Avropa İttifaqına inteqrasiya kursunu davam etdirən Ermənistanın iqtisadi inkişafı üçün Avrasiya İqtisadi İttifaqının güzəşt və üstünlüklərindən istifadə imkanlarını qorumaq istəyir.

Lakin Moskvanın mövqeyi fərqlidir. Surenyantsın sözlərinə görə, Putin açıq şəkildə göstərir ki, Rusiya İrəvanın Avropaya inteqrasiyasını maliyyələşdirmək niyyətində deyil.

Politoloq hesab edir ki, bu vəziyyətdə Paşinyanın manevr imkanları getdikcə azalır. Ermənistan hakimiyyəti Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanunu qəbul etməklə özü üçün ciddi siyasi problemlər yaradıb.

İndi həmin qanunun geri götürülməsi hakimiyyət üçün risklidir. Eyni zamanda İrəvan bu məsələ ilə bağlı referendum keçirməyə də hazır deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR