Onlayn ictimai-siyasi qəzet
İranın paytaxtı Tehranın valyuta üzrə qara bazarında kütləvi ajiotaj yaşanıb.
Musavat.com xəbər verir ki, nüfuzlu beynəlxalq xəbər agentlikləri və ixtisaslaşmış valyuta platformalarının təsdiqinə əsasən, ABŞ dollarının qiyməti kəskin sıçrayışla 220 min tümənlik tarixi həddi aşıb.
Hazırda qara bazarda cari məzənnələr aşağıdakı kimidir:
ABŞ dolları: 220 000 tümən
Avro: 255 000 tümən
BƏƏ dirhəmi: 60 000 tümən
Rəsmi Tehran mediası baş verən kəskin valyuta dalğalanmalarını "psixoloji müharibə" ilə əlaqələndirməyə çalışsa da, müstəqil ekspertlər tamamilə başqa mənzərəni diqqətə çatdırırlar.
Mütəxəssislərin xəbərdarlığına görə, dərinləşən maliyyə böhranı birbaşa cəmiyyətin həssas təbəqələrinin və muzdlu işçilərin alıcılıq qabiliyyətini aşağı salıb. Mövcud vəziyyət daxili bazarları bahalaşma mərhələsinə sürükləyib.
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ