İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya İrana səsdən sürətli raketlərin hazırlanmasında necə kömək edib - "C430L" SİRRİ

Rusiya gizli şəkildə İrana səsdən sürətli qanadlı raketlərin hazırlanmasında kömək edib. Bu, Moskvadan Tehrana strateji hərbi texnologiyaların ötürülməsi sahəsində məlum olan ən mühüm hallardan biridir.

Musavat.com xəbər verir ki, "Financial Times" nəşrinin araşdırmasına görə, "C430L" məxfi kod adı altında həyata keçirilən çoxillik proqram çərçivəsində İrana Yaxın Şərqdə ABŞ aviadaşıyıcılarına və digər hərbi gəmilərinə təhlükə yarada biləcək yeni silah növünün hazırlanmasında köməklik göstərmək üçün Rusiyanın ən təcrübəli raket mütəxəssislərindən bəziləri cəlb olunub.

Araşdırma göstərib ki, proqram 2023-cü ildə başlayıb və İsrail ilə ABŞ-nin İranla müharibəsinə qədər davam edib. Jurnalistlər bu faktları Rusiyanın sızdırılmış yazışmaları, səfər məlumatları və hərbi patentləri əsasında aşkar ediblər.

Layihənin əsas məqsədi qanadlı raketin sürətini səs sürətindən bir neçə dəfə yüksək səviyyədə tənzimləməyə imkan verən düzaxınlı reaktiv mühərrikinin yaradılması olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR