İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyanın yeni baş naziri ilk səfərində təəccübləndirdi – Ukrayna əsgərləri ilə gitara çaldı-Video

Britaniyanın yeni baş naziri Endi Bernem vəzifəyə gəldikdən sonra ilk xarici səfəri çərçivəsində Ukraynaya gedib. Səfər zamanı yaşanan qeyri-adi məqam isə xüsusi diqqət çəkib.

Musavat.com xəbər verir ki, Bernem ukraynalı hərbçilərlə görüşərkən elektrik gitarasını əlinə alaraq onlarla birlikdə Britaniyanın məşhur “The Smiths” qrupunun mahnılarından birini ifa edib.

Daha sonra ukraynalı hərbçilər baş nazir üçün digər məşhur Britaniya qrupu “Oasis”in mahnısını səsləndiriblər. Beləliklə, Bernemin ilk beynəlxalq səfərinin rəsmi görüşləri arasında qeyri-adi musiqili anlar da yaşanıb.

Bernem Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə avqustun 24-də Kiyevə gəlib. O, səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşərək Londonun Kiyevə dəstəyinin davam edəcəyini bildirib.

Səfər zamanı hərbi əməkdaşlıq məsələləri də gündəmdə olub. Britaniya Ukraynanın uzaqmənzilli zərbə imkanlarının və hava hücumundan müdafiəsinin gücləndirilməsinə dəstəyini davam etdirəcəyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR