İnsanlara hürriyət, millətlərə istiqlal!

Berlin qadağanı götürdü: Almaniya İsrailə silah təchizatını bərpa edir

Almaniya hökuməti gələn həftədən etibarən İsrailə silah tədarükü ilə bağlı tətbiq etdiyi məhdudiyyətləri aradan qaldıracaq.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi yayıb.

Məlumata görə, 24 noyabrdan başlayaraq Berlin 24 avqustda tətbiq etdiyi və hücum xarakterli silahların bir qisminin İsrailə göndərilməsini qadağan edən qərarı ləğv edəcək.

Almaniya hökuməti bildirib ki, bundan sonra silah tədarükü ilə bağlı bütün qərarlar fərdi qaydada, bölgədəki vəziyyətin inkişafı nəzərə alınmaqla veriləcək.

Bu addım Almaniyanın Yaxın Şərq siyasətində mühüm dəyişiklik kimi qiymətləndirilir və İsrailə hərbi dəstəyin yenidən gücləndirilməsi kimi şərh olunur.

Musavat.com

 
 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR