İnsanlara hürriyət, millətlərə istiqlal!

Binəqədidə yol bağlandı, AAYDA-nın cavabı müəmmalı oldu - VİDEO

Azadlıq prospektinin Binəqədi rayonu ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Binəqədi şosesi ilə Mehdiabad yolunun kəsişməsindən, "Emil Petrol"un qarşısına qədər yolda hərəkət tam məhdudlaşdırılıb və yola beton baryerlər qoyulub.

Nəticədə sakinlər bir neçə kilometr yolu piyada getməli olublar. Avtomobillər və avtobuslar isə alternativ yollardan hərəkət etməyə cəhd etsələr də, tıxaclarda ilişib. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "Yeni Sabah"ın sorğusuna cavab müəmmalı olub. Qurumdan bildirilib ki, sözügedən istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə hər hansı məhdudiyyət yoxdur:

"Hazırda həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam sərbəstdir, hər-hansı məhdudiyyət yoxdur. Təmir işləri getmir".

Xatırladaq ki, sözügedən yolda aparılan kanalizasiya çəkilişindən sonra yolun səthində hamarlıq pozulmuşdu və çökəkliklər əmələ gəlmişdi./yenisabah/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR