İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir neçə gün əvvəl itkin düşmüşdü - Meyiti quyudan tapıldı

Bərdə rayon sakini Hacıyev Müşfiq Aqil oğlunun meyiti Ağdam rayonunun işğaldan azad edilmiş Şelli kəndi ərazisində yerləşən kəhriz quyusundan tapılıb.

Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, Müşfiq Hacıyev bir neçə gün əvvəl evə qayıtmayıb.

Bundan sonra ailə üzvləri onun itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Məlumata görə, M.Hacıyev Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən şirkətlərdən birində mühafizəçi işləyib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR