Onlayn ictimai-siyasi qəzet
Suriya prezidenti Əhməd əş-Şəraa Dəməşq restoranlarından birində hesabı "Visa" kartı ilə ödəyib.
Musavat.com xəbər verir ki, "The National" nəşrinin verdiyi məlumata görə, bu əməliyyat Suriyada həyata keçirilən ilk beynəlxalq "Visa" əməliyyatı olub.
Bu rəmzi hadisə Suriyanın ABŞ-nin terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılmasının ertəsi günü baş verib.
Ödəniş zamanı prezidentin yanında Suriya Mərkəzi Bankının rəhbəri Səfvət Rəslan da olub.
"Visa" şirkəti həyata keçirilən əməliyyatı ölkədə rəqəmsal ödənişlərin inkişafı üçün vacib bir addım adlandırıb. Öz növbəsində, Suriya Mərkəzi Bankının rəhbəri bunun Suriyanın maliyyə sistemi üçün "yeni bir başlanğıc" olduğunu bəyan edib.
Uzun illər ərzində Suriya tətbiq edilən sanksiyalara görə beynəlxalq maliyyə sisteminin böyük bir hissəsindən təcrid olunmuş vəziyyətdə idi.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ