Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın Baş naziri Endi Börnhem yeni nüvə sualtı qayıqlarının inşası proqramını dəstəkləyib.
Musavat.com xəbər verir ki, Baş nazirin proqramla bağlı fikirlərini "The Guardian" qəzeti yayıb:
"Ölkənin təhlükəsizliyinin təmin edilməsi istənilən hökumətin birinci prioritetidir, lakin təhlükəsizlik təkcə nə tikdiyimizdən deyil, həm də onu kimin tikdiyindən və kimdən faydalandığından asılıdır".
İyulun 30-da Börnemin İngiltərənin şimal-qərbindəki Barrou-in-Fernessə səfər etməsi gözlənilir. Orada Drednought sinifli sualtı qayıqlar tikən BAE Systems gəmiqayırma zavodu yerləşir.
Qəzetin məlumatına görə, Börnhem müdafiə müqavilələrini artırmaqla Böyük Britaniyanı yenidən sənayeləşdirmək niyyətindədir.
Birləşmiş Krallığın nüvə silahları Amerika Trident II (D5) ballistik raketlərini daşıyan dörd Vanguard sinifli sualtı qayıqda yerləşdirilib. 2021-ci il Təhlükəsizlik, Müdafiə və Xarici Siyasət üzrə İnteqrasiya olunmuş İcmalına görə, 1990-cı illərdə tikilmiş bu sualtı qayıqlar 2030-cu illərin əvvəllərinə qədər Drednought sinifli sualtı qayıqlarla əvəz olunacaq.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ