Onlayn ictimai-siyasi qəzet
Serbiya Bosniya serbləri ordusunun keçmiş komandanı Ratko Mladiçin dəfnini dövlət ehtiramı ilə təşkil edəcək, lakin dəfn yerinə dair qərarı generalın ailəsi verəcək.
Musavat.com xəbər verir ki, bu barədə respublikanın ədliyyə naziri Nenad Vuyiç bildirib.
“Mladiç generaldır və protokollar bəllidir. Mladiçə düşən nə varsa, şübhəsiz ki, riayət olunacaq. Qeyd etmək istəyirəm ki, burada qərarı Serbiya Respublikası vermir, dəfn yeri ilə bağlı qərarı ailə verəcək”, - deyə Serbiya Ədliyyə Nazirliyinin rəhbəri “ATV” telekanalına açıqlamasında deyib.
Qeyd edək ki, Mladiç avqustun 27-də BMT-nin Haaqadakı həbsxanasında vəfat edib.
Bosniya serbləri ordusunun keçmiş komandanı 2017-ci il noyabrın 22-də Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunali (KYBCT) tərəfindən soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə qanunları və adətlərini pozduğuna görə ömürlük həbs cəzasına məkum edilib. O, 2011-ci ilin mayında Serbiyada həbs olunub Haaqaya təhvil verilənədək 16 ilə yaxın beynəlxalq ədalətdən gizlənib.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ