Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyada ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən Fairford hərbi bazasında terror aktı hazırlıqlarına görə saxlanılan 5 nəfərin işində xarici əlaqə mövcuddur.
Musavat.com xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Marko Rubio Fox News-da deyib: "Həftəsonu Böyük Britaniyada baş verə biləcək hadisələr xarici əlaqələrlə bağlı çox ciddi bir vəziyyəti göstərir".
Qeyd edək ki, sentyabrın 27-də ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən Fairford Britaniya hava qüvvələri bazasının yaxınlığında beş nəfərin saxlanıldığı açıqlanıb. Hadisədən sonra ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ hava bazasına "ciddi ziyan vurmaq niyyətində olan" saxlanılanlar araşdırılır. Saxlanılanlar əvvəlcə Partlayıcı Maddələr Qanununu pozmaqda şübhəli bilinirdilər, lakin polis sonradan bu ittihamlara terror hücumuna hazırlıq əlavə olunduğunu aydınlaşdırıb.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ