İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il 2800-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 2809 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanator-kurort və müalicə mərkəzlərinə yola salınıb.

Musavat.com xəbər verir ki, həmin şəxslər əlilliyi olan şəxslər və şəhid ailələrinin üzvlərindən ibarət olub. Yollayışla təmin edilən uşaqlar həmin mərkəzlərə valideynlərindən birinin müşayiəti ilə yola salınıblar.

Qeyd edilən imtiyazlı şəxslər respublikamızın müxtəlif ərazilərində yerləşən sanatoriya-kurort və müalicə mərkəzlərində xəstəliklərinə uyğun müalicə kursu keçiblər.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR