Onlayn ictimai-siyasi qəzet
Avstraliya Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyini təmin etmək üçün Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi müdafiə missiyasına qoşulacaq.
Musavat.com xəbər verir ki, məlumatı ölkənin müdafiə naziri Riçard Marles açıqlayıb: "Avstraliya Birləşmiş Krallıq və Fransanın rəhbərlik etdiyi müstəqil və ciddi müdafiə xarakterli çoxmillətli hərbi missiya qurulduqdan sonra onu dəstəkləməyə hazırdır".
O, əlavə edib ki, Avstraliya artıq Birləşmiş Ərəb Əmirliklərini İranın dron hücumlarından qorumaq üçün bölgədə yerləşdirilən Wedgetail E-7A hava erkən xəbərdarlıq və idarəetmə təyyarəsini missiyaya təqdim edəcək.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ