İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə DƏHŞƏTLİ ZƏLZƏLƏ

Çərşənbə günü Filippinin Mindanao adasının cənub sahili yaxınlığında, Sulavesi dənizi akvatoriyasında 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Seysmoloji Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.

Məlumata görə, Bakı vaxtı ilə saat 08:14-də baş verən zəlzələnin episentri Mindanao adasındakı Qeneral-Santos şəhərindən 102 km cənub-şərqdə yerləşib.

Episentrdəki təkanların intensivliyi "dağıdıcı" olaraq qiymətləndirilir.

ABŞ Geoloji Xidməti (USGS) isə zəlzələnin maqnitudasını 6,3 olaraq göstərib. Qurumun məlumatına görə, təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2026

06 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR