Onlayn ictimai-siyasi qəzet
Boeing Korporasiyası 737 MAX təyyarəsinin proqram təminatında ciddi nasazlıq aşkar edib.
Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, nasaz proqram təminatı avtomatlaşdırılmış naviqasiya sisteminin sıradan çıxmasına və eniş zamanı potensial təhlükəsizlik riski yarada bilər. Nasazlıq pilot kabinəsində proqram təminatının yenilənməsindən sonra baş verib. Bildirilir ki, təyyarə uçuş zamanı planlaşdırılan uçuş marşrutundan kənara çıxarsa, nasazlıqlar yarana bilər.
ABŞ Mülki Aviasiya Administrasiyası qəzetə nasazlığı araşdırdığını bildirib.
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ