Onlayn ictimai-siyasi qəzet
Rusiya Silahlı Qüvvələri Ukraynanın bir neçə istiqamətində irəliləyiş əldə edib.
Musavat.com xəbər verir ki, bu barədə "DeepState" analitik platforması məlumat yayıb.
Məlumata görə, Rusiya ordusu Sumi vilayətində Kondratovka rayonu, Xarkov vilayətində Volçansk şəhəri və Donetsk vilayətində Mirnoqrad istiqamətində mövqelərini irəli çəkib.
Analitiklər qeyd edirlər ki, bu irəliləyişlər şimal və şərq cəbhələrində hərbi təzyiqin artdığını göstərir. Eyni zamanda, sözügedən istiqamətlərdə vəziyyətin dinamik və gərgin olaraq qaldığı vurğulanır.
Rəsmi Kiyev hələlik "DeepState"in yaydığı məlumatlara dair ayrıca açıqlama verməyib. Cəbhə xəttində baş verən dəyişikliklər əməliyyat vəziyyətinə uyğun olaraq davamlı şəkildə yenilənir.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ