Onlayn ictimai-siyasi qəzet
Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən elektrik transformatorunda qəfil partlayış olub.
Hadisə nəticəsində elektrik avadanlığında və ətraf ərazidə yanğın baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Hadisə nəticəsində ətraf ərazilər işıqsız qalıb, xəsarət alan olmayıb. Qəzanın başvermə səbəbi araşdırılır.//Report
10 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ